İraqda terrorçular məscidi partladıblar

İraqda terrorçular məscidi partladıblar
Oxunma sayı: 397

İraqın Salah-əd-Din əyalətində terrorçular ötən gecə məscidi partladıblar.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, məscid binasına ciddi ziyan dəysə də, zərərçəkən yoxdur. 

Polis insidenti araşdırır. Yerli KİV-lər partlayışa görə İŞİD terror qruplaşmasının məsuliyyət daşıdığını yazır. 

Xatırladaq ki, 2014-cu ildə İŞİD terrorçuları ölkənin bir hissəsini işğal etmiş, Mosulu isə “xilafət”in paytaxtı elan etmişdilər. Lakin 2015-ci ildə İraq hökuməti beynəlxalq koalisiyanın yardımı ilə işğal edilmiş rayonların terrorçulardan azad edilməsi istiqamətində əməliyyata başlayıb. 2017-ci ilin dekabrında isə İraqın baş naziri ölkədə İŞİD üzərində tam qələbə çalındığını elan edib. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi