İraqdan sonucu əsgər də çıxdı

iraqdan-sonucu-esger-de-cixdi
Oxunma sayı: 644

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, Barak Obamanın İraq müharibəsnin sona yetməsi ilə bağlı bəyanatından sonra ölkədəki son amerikan əsgəri sərhəddən Küveytə keçib. İraqda yalnız ABŞ səfirliynin mühafizəsini təşkil edən 1500 silahlı qalıb.

2011-ci ilin dekabrınadək davam edən döyüşlərdə 100 min nəfər iraqlı və 4 500-ə yaxın ABŞ əsgəri həlak olub. Bəzi mənbələr isə müharibəyə səbəb olan məzhəblərarası qarşıdurmanı da əlavə edərək 9 illik döyüşlərdə 1 milyondan artıq iraqlının öldüyünü bildirir.

ABŞ-ın Müdafiə Nazirliyi 23 yaşındakı David Hickmanın İraqda ölən son Amerika əsgəri olduğunu açıqlayıb. Digər tərəfdən, İraq silahlı qüvvələrnə 2004-cü ildən bəri təlim keçən NATO-nun da vəzifəsinin bitdiyi açıqalnıb.

Tədris missiyası komandiri Robert Caslen təşkil olunan mərasimdə bildirib ki, 100 NATO əsgəri mindən atıq əsgər və 10 min polisə dərs keçib.