“İrəli” 70 rayonda yarışlar keçirəcək

“İrəli”  70 rayonda yarışlar keçirəcək
Oxunma sayı: 346

“Azərbaycan İntellektual Birİncisi” layihəsi artıq ikinci ildir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və "İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir. 

“İrəli” İB-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, layihə, ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən bir təşəbbüsdür. “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.4.7. maddəsində Gənclərin asudə vaxtının səmərəli təşkili üçün intellektual və kompüter oyunları üzrə yerli və beynəlxalq çempionatların keçirilməsi qeyd edilir. Dövlət proqramının alt sənədinə uyğun olaraq “Azərbaycanın İntellektual Birİncisi” layihəsi həyata keçirilir. 

Birliyin sədri MirHəsən Seyidovun verdiyi məlumata əsasən, gənclərin maarifləndirilməsinə istiqamətlənən və 11 regionda 4 intellektual oyun ("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Kod Da Vinçi", "Vətəni Tanı") üzrə baş tutacaq "Azərbaycanın İntellektual BİRincisi" layihəsi çərçivəsində  62 rayon, Naxçıvan Muxtar Respublikası da daxil olmaqla 70 rayondan 1400 nəfər gəncin iştirakı gözlənilir. Hər rayon 18 nəfərlik komanda ilə çıxış edəcək.  Layihə zamanı regional turnirlər Sumqayıt, Quba, Tərtər, İsmayıllı, Şəki, Mingəçevir, Sabirabad, Şəki, Lənkəran rayon və şəhərlərində inşa olunmuş Gənclər Evi və Gənclər Mərkəzində keçiriləcək.  

2017-ci ildə planlaşdırılan layihə 2 mərhələdən ibarət olacaq. Belə ki, hər iqtisadi rayon üzrə komandaların seçim turu keçiriləcək. İkinci mərhələdə isə yekun final yarışlarının keçirilməsi nəzərdə tutulub. Bu mərhələdə 4 intellektual yarış (Xəmsə, Nə? Harada? Nə zaman?, Axtar tap, Vətəni Tanı) növü üzrə regional turnirlərdə qalib gələn komandalar final mərhələsində öz şəhərlərini (rayonlarını) təmsil etmək hüququ qazanacaqlar. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi