“İrəli” 9 illiyinə cəbhədən başlayacaq

“İrəli” 9 illiyinə cəbhədən başlayacaq
Oxunma sayı: 681

“İrəli” İctimai Birliyi cəbhə bölgəsinə gedəcək. 

Qurumun mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, “İrəli” İctimai Birliyi dekabrın 23-də təşkilatın təsis edilməsinin 9 illiyini gənclərdə əhval-ruhiyyənin və ruh yüksəkliyinin qaldırılması, xidmətində fərqlənən gəncləri mükafatlandırmaq məqsədi ilə cəbhə xəttində həqiqi hərbi xidmətdə olan gənclərlə qeyd edəcək.

“İrəli” sədri MirHəsən Seyidov qeyd edib ki, “İrəli” komandası və 100-dən çox üzvün Aprel şəhidləri kompleksinə, Şəhidlər Xiyabanına getməsi, Cocuq Mərcanlıya ekskursiya edərək yeni məktəb və mədrəsənin hazırki vəziyyəti ilə tanış olması planlaşdırılıb. Daha sonra Cəbhə bölgəsində yerləşən N saylı  hərbi hissədə əsgərlərlə görüş keçirilməsi, fərqlənən gənclərə diplom və hədiyyələr verilməsi və əsgərlər üçün əyləncə proqramının təşkil olunması nəzərdə tutulub.

Qeyd edək ki, dekabrın 25-də ictimaiyyət üçün açıq hesabat konfransı baş tutacaq.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi