“İrəli” sədrindən Palatanın yaratdığı problemə reaksiya

ireli-sedrinden-palatanin-yaratdigi-probleme-reaksiya
Oxunma sayı: 638

“Bir il müddətində Azərbaycanda fəaliyyət göstərən Maliyyə Bazarlarına Nəzarət Palatası indiyənədək Milli Məclisdə qaldırılması üçün bir neçə qanun layihəsi ilə çıxış edib. Təəssüf doğuran məsələdir ki, hazırlanmış qanun layihələrinin mahiyyəti yaxşı səslənsə də qanun layihələrin tətbiqində iştirak edəcək hazır cəmiyyət formalaşmayıb”. 

“Qafqazinfo” xəbər verir ki, bunu “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov deyib. O, bildirib ki, təklif olunan qanun layihələrinin bir çox böyük əksəriyyəti Azərbaycanda olan digər qanunvericilik aktlarına ziddiyət təşkil edir. Bu onun göstəricisidir ki, təklif olunan qanun layihələri Azərbaycanda maliyyə bazarlarının vəziyyətinin yaxşılaşdırılması deyil birbaşa maliyyə bazarlarına nəzarət orqanın səlahiyyətlərinin artırılmasına xidmət edir. 

““Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.4 və 3.5- ci maddələrinin implementasiyasına dair 04/15-174 nömrəli tərəfindən verilən daxili qərarla banklar qanunun tələblərini ciddi şəkildə pozur. Azərbaycanda vətəndaş cəmiyyəti institutları arasında 3000-dən artıq fəaliyyət göstərən qeyri-hökümət təşkilatlarının fəaliyyətinin müəyyən daxili qərarlar əsnasında sıxışdırılması və qanun tələblərinin doğru icra olunmaması fəaliyyətdə olan təşkilatların həyata keçirilməkdə olan layihələrinə və bilavasitə öhdəliklərinə ciddi problemlər yaratmaqdadır. 

Qanun layihəsinin Milli Məclisdə müzakirəsi zamanı qeyd olunan fikirlər, bir neçə deputatlar tərəfindən qanununda boşluqların olduğuna dair fikirlərin səsləndirilməsi, gün ərzində mətbuatda QHT sədlərinin səsləndirdiyi və verdiyi bəyanatlar görünür ki, MBNP-nın mətbuat xidməti nəzərindən işlərin çoxluğundan yayınıb. Məhz bu səbəbdən, hələ də bu günə kimi banklara xüsusi tapşırıqlar verməyə, təzyiq göstərməyə, qanuna qarşı çıxmağa çalışır.

Daxili emaillarla, bank rəhbərlərini palataya toplamaqla tapşırıqlar verən MNBP-sı birbaşa Gənclər Təşkilatlarının gördüyü işə əngəl yaratdığı üçün 200-dən çox gənclər təşkilatları və QHT-lər adından Prezident İlham Əliyevə birbaşa müraciət ünvanlamışıq. Həmin müraciətin bir nümunəsi də Palataya göndərilib”.