“İrəli”də Milli Təcrübə Forumu

“İrəli”də Milli Təcrübə Forumu
Oxunma sayı: 332

“İrəli” İctimai Birliyi və Prezident yanında Gənclər Fondunun dəstəyi ilə “Milli Təcrübə Forumu” layihəsi baş tutub. 

“Qafqazinfo” xəbər verir ki, layihə haqda “İrəli” İctimai Birliyinin baş katibi Şahin Rəhmanlı məlumat verib. Daha sonra Brandup agentliyinin direktoru Tamerlan İsmayilov, Phi gallery və Panda School- un təsisçisi Elvin Dadaşsoy, təlimçi  Anar Məmmədov və Malik Bağırovun təqdimatı baş tutub. Forum müddətində  panel və ictimai müzakirələr, vorkşoplar, təqdimatlar həyata keçirilib, uğurlu gənc sahibkar və uğurlu startup layihə modelləri təqdimatları təşkil olunub.

Milli Təcrübə Forumu dövlət gənclər siyasətinin yaratdığı imkanlardan istifadə etməklə gəncləri, xüsusilə tələbələri peşə və ixtisas fəaliyyəti ilə bağlı gələcək karyera həyatında uğur qazanması üçün zəruri informasiya və əlaqələrlə təmin edir,  onları perspektiv iş mühitinə uyğunlaşdırmaq, gənclərin məşğulluq məsələsinin daha effektiv formada təşkilinə yardımçı olmaq istiqamətinə yönələn layihədir. 

Forumun icrasından sonra “İrəli” İctimai Birliyi bir neçə biznes müəssisəsi və dövlət qurumları ilə “Milli Təcrübə Proqramı”-na start verməyi nəzərdə tutub.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi