“İrəli”nin sədr müavini Koreyada - Fotolar

irelinin-sedr-muavini-koreyada
Oxunma sayı: 683

Azərbaycan- Koreya  gənclərinin mübadilə proqramı 2005-ci ildən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilir

"Qafqazinfo"nun məlumatına görə, bir qrup azərbaycanlı gənc Koreyada buranın mədəniyyəti, gənclər siyasəti və  gənclərlə bağlı aparılan bütün işlərlə tanış olur. “İrəli” İctimai Birliyinin idarə heyəti sədrinin müavini Azər Əmirov da Koreya və Azərbaycan gəncləri arasında münasibətləri genişləndirən layihəyə rəsmi səfərdədir. Layihə çərçivəsində müxtəlif təqdimatlar həyata keçirilir və  müxtəlif gəzintilər planlaşdırılır, Koreyanın mədəniyyəti, tarixi məkanları tanıdılır.  

Eyniylə koreyalı gənclər Azərbaycana gələrək müxtəlif mühim dövlət qurumlarına gedir, Azərbaycanın mədəni və tarixi yerləri ilə yaxından tanış olur. 2017-ci ilin iyul ayında Koreyadan olan 10 nəfər gəncdən ibarət qrup Azərbaycana gəlib və Azərbaycanın tarixi mədəniyyəti ilə  yaxından tanış olublar. Hazırda “İrəli” İctimai Birliyinin əməkdaşı da daxil olmaqla  Azərbaycandan olan 10 nəfər gənc Koreyada səfərdədirlər.

 Onlar Azərbaycan Respublikasının Koreya Respublikasındakı səfirliyində olub, həmçinin gənclərlə iş aparan 5 böyük Gənclər mərkəzinə gedərək, oradakı gənclərlə ünsiyyətdə olublar. Bununla yanaşı, gənclərlə işin aparılmasında mühim rol oynayan Koreya Gəncləri ilə İş Agentliyinə səfər edərək oradakı işlərlə tanış olublar. Səfər müddəti ərzində müxtəlif təlimlərdə iştirak edir və Koreya mədəniyyəti, tarixi ilə də yaxından tanış olublar.