“İrəli”nin təşkil etdiyi növbəti turnir keçirilib

“İrəli”nin təşkil etdiyi növbəti turnir keçirilib
Oxunma sayı: 389

“İrəli” İctimai Birliyinin bölgələrdə təşkil etdiyi turnirlər davam edir. İB-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, noyabrın 18-də “Azərbaycan İntellektual Birİncisi” layihəsinin Mingəçevir, Ağdaş, Bərdə, Göyçay, Ucar, Yevlax, Zərdab şəhər və rayonlarının gənc intellektuallarının iştirakı ilə Aran üzrə regional turniri Mingəçevir şəhərində keçirilib.

Layihədə “Axtar tap”, “Nə? Harada? Nə zaman?” intellektual oyunlarında Mingəçevir, “Vətəni tanı” intellektual oyununda Ucar, “Xəmsə” intellektual oyununda Bərdə şəhərinin gənc intellektualları qalib olublar.

Noyabrın 19-da isə “Azərbaycan İntellektual Birİncisi” layihəsinin Gəncə, Qazax, Şəmkir, Goranboy, Göygol, Naftalan, Ağstafa, Samux, Tovuz şəhər və rayonlarının gənc intellektuallarının iştirakı ilə Gəncə-Qazax üzrə regional Turniri Şəmkir şəhərində keçirilib. 4 intellektual oyunu("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Kod Da Vinçi", "Vətəni Tanı") əhatə edən layihədə “Nə? Harada? Nə zaman?”, “Vətəni tanı” intellektual oyunlarında Gəncə, “Axtar tap” intellektual oyununda Tovuz, “Xəmsə” intellektual oyununda Goranboy rayonunun gənc intellektualları qalib olublar. Qalib gələn komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.

Qeyd edək ki, Gənclərin maarifləndirilməsinə istiqamətlənən və 11 regionda 4 intellektual oyun ("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar tap", "Vətəni Tanı") üzrə baş tutacaq "Azərbaycanın İntellektual BİRincisi" layihəsi çərçivəsində 62 rayondan 1400 nəfər gəncin iştirakı gözlənilir. Layihəsinin final mərhələsinin Bakıda keçirilməsi planlaşdırılır.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi