İremin Bakıda biletləri satılmadı - Vaxtı dəyişdi

iremin-bakida-biletleri-satilmadi
Oxunma sayı: 2023

Türkiyəli müğənni İrem Dericinin Bakıdakı konsertinin vaxtı və yeri dəyişdirilib. “Qafqazinfo”nun məlumatna görə,bu barədə konsertin təşkilatçısı Asif Hüseynov məlumat verib.

O bildirib ki, martın 21-də nəzərdə tutulan konsert iyunun 18-də istirahət mərkəzlərinin birində keçiriləcək:

“Konserti “Baku Crystal Hall”da nəzərdə tutmuşduq. Müəyyən səbəblərdən tarixini dəyişərək başqa yerdə keçirməyi qərara aldıq. Alınan biletlər və dəvətnamələr həmin tarixə keçərlidi və ya biletləri kassalara təhvil verərək pulunuzu geri ala bilərsiz”. 

Əldə etdiyimiz məlumata görə, İremin konserti üçün biletlərin az qismi satılıb və təşkilatçı konsertinin bu səbəbən vaxtını və məkanını dəyişdirmək məcburiyyətində qalıb.