İrəvan-İstanbul avtobusu qəzaya uğradı

irevan-istanbul-avtobusu-qezaya-ugradi
Oxunma sayı: 634

"Noyabrın 10-da Ermənistan Fövqəladə Hallar Nazirliyinə daxil olan məlumata görə, Şirak vilayətinin Kazançi kəndi yaxınlığında avtobus yoldan çıxaraq aşıb. Hadisə yerinə bir hərbi briqada və yerli xilasetmə dəstələrinin əməkdaşları yollanıblar", - Ermənistan FHN-in məlumatında deyilir.

Məlum olub ki, Yerevandan İstanbula istiqamət alan avtobus Yerevan-Bavra avtomobil yolunun 166-cı kilometrində yoldan çıxaraq böyrü üstə aşıb.

Hadisənin təfərrüatları aydınlaşdırılır.