“İrəvan münaqişənin həllinə hazır deyil”

irevan-munaqisenin-helline-hazir-deyil
Oxunma sayı: 652

SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində mütəmadi danışıqların baş tutmamasının yeganə səbəbkarı Ermənistan tərəfidir. N. Məmmədovun sözlərinə görə, İrəvan münaqişənin həllinə hazır deyil.

Qeyd edək ki, yanvarın 23-də Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyanın görüşü Soçidə keçiriləcək. Bu görüş Rusiya prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə təşkil olunan sayca onuncu görüş olacaq.