“İrəvan-Xankəndi reysi yazda baş tuta bilər”

irevan-xankendi-reysi-yazda-bas-tuta-biler
Oxunma sayı: 652

“Qafqazinfo”nun erməni KİV-nə istinadən verdiyi xəbərə görə, bu sözləri qondarma Dağlıq Qarabağ Respublikasının baş naziri Ara Arutyunyan Paris səfəri zamanı jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Xankəndi aerportunun tikintisi artıq başa çatıb:

“Uçuş vaxtı hələ dəqiqləşməyib. Bundan başqa, həlli lazım gələn bəzi texniki məsələlər var. Stepanankert aeroportu məsələsini siyasi deyil, humanitar baxımdan həll etmək lazımdır. Belə ki, insan yeriin üstündə olduğu kimi, havada da azad hərəkət emək hüququna malikdir”.

Qeyd edək ki, Ermənistan Mülki Aviasiya Baş İdarəsinin rəisi Artyom Movsisyan açıqlama verərək bildirmişdi ki, uçuşların təhlükəsizliyi tamamilə təmin olunub, İrəvandan Xankəndiyə 19 yerlik təyyarələr uçacaq.