İrəvana uçan təyyarələr eniş edə bilmir

irevana-ucan-teyyareler-enis-ede-bilmir
Oxunma sayı: 2608

Ermənistanda dumanlı hava şəraitinə görə,  Zvartnots beynəlxalq hava limanı reysləri qəbul edə bilmir.

“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, Mülki Aviasiya Baş idarəsindən bildirilib ki, təyyarələr Ermənistana gecikmələrlə çatacaqlar, İrəvandan uçuşlar da təyin olunduğu vaxtdan gec baş tutacaq. 

Qeyd edilir ki, hazırda Subay-İrəvan, Moskva-İrəvan, Tbilisi-İrəvan, Voronej-İrəvan reysləri təxirə salınıb.