İrəvanda müxalifətçilər mərkəzi küçələri bağlayır

irevanda-muxalifetciler-merkezi-kuceleri-baglayir
Oxunma sayı: 1889

Ermənistanda Serj Sarqsyanın baş nazir vəzifəsinə namizədliyinə etiraz edənlər İrəvanın mərkəzi küçələrini bağlamağa başlayıblar.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, müxalifətçilər artıq Tumanyan və Abovyan küçələrinin, Maştots prospekti ilə Amiryan küçələrinin kəsişmələrini bağlayıblar.

Şimal prospekti ilə etirazçılar mərkəzə doğru - Respublika meydanına istiqamətləniblər.

Aksiya rəhbəri Nikol Paşinyan bildirib ki, onlar çərşənbə axşamı günü parlament istiqamətində olan bütün yolları bağlamağa çalışacaqlar. 

Ermənistan polisi sabiq prezident Serj Sarkisyanın baş nazir postuna irəli sürülməsinə etiraz edən kütlənin təşkilatçılarını aksiyalarda yeniyetmələrin iştirakına yol verməməyə çağırıb. Polis bununla onların təhlükəsizliyinin təmin olunmasına çalışdığını bildirib.