İrəvanda oturaq aksiyalar başladı

irevanda-oturaq-aksiyalar-basladi
Oxunma sayı: 653

ANS PRESS-in News.am-a istinadən verdiyi məlumata görə, Ermənistan paytaxtının mərkəzində 30-dan çox çadır qurulub. Meydanda gecələyənlər arasında gənclər üstünlük təşkil edir. Heç bir çıxış və musiqi səslənmir. Azadlıq meydanının ətrafında polis əməkdaşlarının cəmləşdiyi müşahidə olunmur. Aksiya güclü yağışa baxmayaraq davam edir.

Qeyd edək ki, ötən gün Erməni Milli Konqresinin növbəti mitinqlərindən birində bir həftəlik fasiləsiz etiraz aksiyalarının başladığı elan edilib. Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın başçılıq etdiyi EMK növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsini tələb edir. Qurum onu da bəyan edib ki, hakimiyyətlə daha əvvəl dayandırılmış dialoqu davam etdirməyə hazırdır. Bu gün saat 15.00-da Azadlıq meydanında növbəti mitinq başlayacaq.