İrəvanda qalib gəldik

irevanda-qalib-geldik
Oxunma sayı: 635

Azərbaycan Boks Federasiyasından bildirilb ki, birincilikdə 75 kiloqram çəki dərəcəsində yarışan idmançımız Orxan Mayıllı növbəti görüşünü ekvadorlu Nalek Barreraya qarşı keçirib. Rəqibini 16:8 hesabı ilə məğlub edən boksçumuz birinciliyin dörddəbir final mərhələsinə yüksəlib.

Birincilikdə mübarizə aparan Azərbaycan boksçularından Rahil Məmmədli (91 kq) və Pərviz Bağırov (64 kq) da dörddəbir finala vəsiqə qazanıblar. /Azərtac/