İrəvanın hökumət binası qarşısında etiraz

irevanin-hokumet-binasi-qarsisinda-etiraz
Oxunma sayı: 815

Ermənistanın paytaxtı İrəvanda hökumət binası qarşısında etiraz aksiyası olub.

“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, “Nairit” zavodunun işçiləri 7 aydır ala bilmədikləri maaşa görə binanın qarşısına toplaşaraq binaya giriş-çıxışı bağlayıblar. 

Etirazçılar bildiriblər ki, baş nazir Nikol Paşinyan məvaciblərin ödənilməsi haqda 1 ay əvvəl qərar versə də, onun tapşırığı yerinə yetirilməyib.

Aysel Kərimova