İrina Şeyk yenə hamilədir? - Fotolar

irina-seyk-yene-hamiledir
Oxunma sayı: 5665

Rusiyalı top model İrina Şeyk Barselonada moda tədbirinə qatılıb.

“Qafqazinfo” “spletnik.ru”ya istinadən xəbər verir ki, rus gözəl “Pronovias” brendinin təşkil etdiyi gecədə podiuma çıxmayıb. İrina mərasimə gəlinlik geyiminə bənzər libasda qatılıb.

Daha sonra İrinanın artıq çəki alması və qara geyimdə boş paltar geyinməsi diqqətdən qaçmayıb. Artıq modelin ikinci dəfə hamilə olması ilə bağlı şayiələr yayılmağa başlayıb.

Bir müddət əvvəl İrina və aktyor Bredli Kuperin mətbuatdan gizli şəkildə ailə qurduğu yazılıb. Cütlüyün 1 yaşlı qızı var.