İrqçilik şüarları oyunda fasilə yaratdı

irqcilik-suarlari-oyunda-fasile-yaratdi
Oxunma sayı: 643

“Qafqazinfo” xəbər verir ki, görüş zamanı “Roma” azarkeşlərinin dayanmadan Mariyo Balotelliyə ünvanladıqları irqçi şüarlar oyunu yarımçıq saxlayıb. Balotelli özü bir neçə dəfə azarkeşlərə əli ilə sus işarəsi verib, ancaq buna məhəl qoyan olmayıb. Görüşün ikinci hissəsində azarkeşlər daha da irəli gedərək meymun səsləri çıxarıblar. Bu anda oyunun baş hakimi Canlukka Rokki vəziyyətə müdaxilə edib. Hakim görüşü saxlayıb və bu cür şüarların başa çatmasını gözləyib. Oyunda 2 dəqiqəyə yaxın fasilə olub.

İqbal