“İrşad Telekom”un rəhbəri dünyasını dəyişdi

irsad-telekomun-rehberi-dunyasini-deyisdi
Oxunma sayı: 13714

“İrşad Telekom” MMC-nin rəhbəri Hacıyev İrad Ağahüseyn oğlu dünyasını dəyişib. 

“Qafqazinfo”nun Avropa.info-ya istinadən verdiyi məlumata görə, hadisə təqribən 3 saat öncə baş verib.

Şirkət rəhbərinin naməlum şəraitdə dünyasını dəyişdiyi və intihar etdiyi iddia olunur.

Məlumatlara görə, İrad Hacıyevin nəşi hazırda morqdadır və ekspertiza onun ölüm səbəbini araşdırır.  

***

Axar.az xəbər verir ki, gənc iş adamının ürəyi dayanıb.

1978-ci il təvəllüdlü İrad Hacıyevin ölümü ilə bağlı təfərrüatlı məlumat yoxdur.