İş adamını ürəyindən güllələyib öldürən hakim qarşısında

is-adamini-ureyinden-gulleleyib-olduren-hakim-qarsisinda
Oxunma sayı: 1597

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamını ürəyindən güllələyib öldürməkdə təqsirləndirilən 27 yaşlı Tural Əlizadənin, atası, 1959-cu il təvəllüdlü Zakir Əlizadənin  bu cinayətlə bağlı xuliqanlıqda ittiham edilən 1976-ci il təvəllüdlü Babək Quliyev məhkəməsi başlayıb. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Şəkər Məmmədovanın icraatında olan prosesdə hazırlıq iclası keçirilib. Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, Z.Əlizadə bundan əvvəl 3 dəfə məhkumluq həyatı yaşayıb. O, bir dəfə adam öldürməyə görə 9 il məhbus həyatı yaşadığını deyib. Onun oğlu Zakir indi həm qətldə, həm də xuliqanlıqda ittiham edilir.

Lakin Z. Əlizadə bu dəfə niyə həbs edildiyini bilmədiyini deyib.

1991-ci il təvəllüdlü Tural Əlizadənin iki azyaşlı övladının olduğu, əvvəl məhkum olunmadığı qeyd olunub. 

B. Quliyev həbs edilməyib, azadlıqdadır. 

T. Əlizadə ona dövlət hesabına təyin edilən vəkildən imtina edib və özü yeni vəkillə müqavilə bağlamaq istədiyini bildirib. Bu səbəbdən ona vaxt verilib.

Proses mayın 8-də davam etdiriləcək. 

İttihama görə, hadisə 2016-cı il oktyabr ayında Abşeron rayonunun Qobu qəsəbəsində baş verib. Tural Zakir oğlu Əlizadə iş adamı, 1975-ci il təvvəlüdlü Abbasov Rövşən Rafiq oğlu "Vinçester" markalı silahla qətlə yetirib. O, istintaqa ifadəsində bildirib ki, R.Abbasovla əvvəlcədən ədavəti olub. Onlar "söhbət etmək" üçün kafedə görüşüb. Kafedən çıxdıqdan sonra sözləri yenidən çəp gəlib. Bu zaman T.Əlizadə "Vinçester" markalı silahdan əvvəlcə havaya atəş açıb.

Daha sonra T.Əlizadə R.Abbasovun ayağını güllə ilə yaralayıb. O, üçüncü gülləni R.Abbasovun ürək nahiyəsinə vurub. 

Murad Əhməd