İş adamının evi soyuldu

is-adaminin-evi-soyuldu
Oxunma sayı: 649

Abşeron rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, 4 nəfər maskalı şəxs Mübariz Əlicanovun evinə silahla hücum edib. Odlu silahla yaraqlanan naməlum şəxslər M.Əlicanovun həyat yoldaşının əl-qolunu bağlayıblar. Qadını qorxudan quldurlar ondan pulun və dəyərli əşyaların yerini öyrəniblər. Maskalı şəxslər evdən 3100 manat, min ABŞ dolları və 15 min manat dəyərində qızıl-zinət əşyaları, eləcədə digər bahalı əşyalar götürərək qaçıblar.

Hazırda polis silahlı basqınçıların müəyyən edilərək saxlanması istiqamətində iş aparır. Fakt üzrə cinayət işi başlanılıb.

Qeyd edək ki, evinə basqın edilən iş adamı Mübariz Əlicanov Qaradağ rayonunda daş karxanalarının sahibidir.