İş adamının oğlu 650 minlik “Lamborghini”siylə- - Video

is-adaminin-oglu-650-minlik-lamborghinisiyle-
Oxunma sayı: 12362


“Şərur” MTK-nın sədri, “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundovun oğlu Allahverdi Axundova məxsus “Lamborghini” yenə görüntülənib.

Dövlət İqtisad Univeristetinin tələbəsi olan Allahverdi Axundov “Qafqazinfo”nun kamerasına bazar günü gəzintisi zamanı tuş gəlib. 

“Lamborghini aventador” markalı bu avtomobilin qiyməti 650 min ABŞ dollarıdır. 

Qeyd edək ki, “Şərurlu İsfəndiyar” birinci dəfə maşının onlara məxsus olduğunu inkar etsə də, sonra məsələyə belə münasibət bildirmişdi:

“Mənim vertolyotum da var. Bunun kimə nə aidiyyatı var? Həmin maşın oğlumundur. Mənim oğlum neyləyib? Şəhərdə vertolyot sürməyib ki? Maşın sürüb də. Başqa nə iş görüb?”

Mövzuya olan ictimai marağı nəzərə alaraq, şəhərin mərkəzi küçələrindən birində çəkilmiş videonu təqdim edirik: