İş adamının ölüm xəbəri yalan çıxdı - Yenilənib

İş adamının ölüm xəbəri yalan çıxdı
Oxunma sayı: 14823

“Bizim Market” mağazalar şəbəkəsinin və köhnə “Maşın bazarı”nın sahibi kimi tanınan iş adamı Rasim Salmanov bu gecə qəflətən vəfat edib. 

“Qafqazinfo”nun AzPolitika.info-ya istinadən məlumatına görə, iş adamının ölüm səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, qalmaqllı iş adamı olan Rasim Salmanov “Bizim market” mağazalar şəbəkəsi ilə yanaşı, “Zövq İnşaat” tikinti şirkətinin, “Zövq İnşaat” plastik qapı-pəncərə istehsal müəssisəsinin, “Bakı”, “San Remo” və “Nilufər” şadlıq saraylarının, Babək prospektində yerləşən “Audi Bakı Mərkəzi”nin, “Cadillac Bakı Mərkəzi”nin və “Kilim mebel” salonunun sahibi idi .

***

İş adamının bacısı qızı “Qafqazinfo”ya müraciət edərək ölüm xəbərinin yalan olduğunu bildirib. 

“Qafqazinfo” bununla əlaqədar “Bizim market”lə əlaqə saxlayıb. Şirkətin hüquqşünası Tağı Qənbərov da yayılan məlumatın yanlış olduğunu deyib: “Mən həm də Rasim müəllimin vəkiliyəm. Rasim müəllim hazırda mənim yanımdadır”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi