İş axtaranlar üçün vəzifə var

is-axtaranlar-ucun-vezife-var
Oxunma sayı: 639

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasından “Qafqazinfo”ya daxil olan məlumata görə, 4 oktyabr, 21 oktyabr və 4 noyabr tarixlərində 97 dövlət orqanında 887 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan edilmişdi ki, oktyabrın 4-ü və 21-də elan edilən müsabiqələr üzrə sənəd qəbulu müvafiq olaraq noyabrın 3-ü və 21-də başa çatıb. Noyabrın 4-də elan edilən müsabiqə üzrə sənəd qəbulu isə dekabrın 5-də başa çatacaq. Qeyd edək ki, oktyabrın 4-ü və 21-də elan edilən müsabiqələr üzrə qeydiyyatdan keçmiş namizədlərin test imtahanını bu gün keçiriləcək. Test imtahanında ilk olaraq inzibati vəzifələrin 6-7-ci, sonra isə 8-9-cu təsnifatları üzrə qeydə alınmış namizədlər iştirak edəcəklər.

Test imtahanı ilk növbədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti, Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi və Səhiyyə Nazirlikləri üzrə keçiriləcək. Test imtahanı komputer vasitəsilə keçirilir və nəticələri imtahan başa çatdıqdan sonra qısa müddət ərzində namizədlərə təqdim ediləcək.

Onu da qeyd edək ki, müsabiqənin müsahibə mərhələsinə yaxşı hazırlaşmaq üçün müsahibə proqramları da Komissiyanın rəsmi saytında yerləşdiriləcək.


Səidə