İş axtaranlar üçün yenilik - Video

is-axtaranlar-ucun-yenilik
Oxunma sayı: 3368

Azərbaycanda işsizlərin vahid informasiya bazası yaradılır.

“Qafqazinfo” “Xəzər TV”yə istinadən xəbər verir ki, bu, Milli Məclisdə təklif olunan vakansiya bankı lahiyəsi vasitəsilə reallaşacaq.

İqtisadçı Vüqar Bayramov hesab edir ki, vakansiya bankının yaradılması əmək bazarında boş iş yerlərinə əlçatanlığı artıracaq və işsizliyn azaldılmasına şərait yaradacaq. Ekspertin fikrincə, vakansiya bankının yaradılması işə götürənlərlə iş axtaranların münasibətlərinin onlayın qurulmasına imkan verəcək və qısa zamanda tələblərinə uyğun iş tapmaqlarına imkan yaradacaq.

Qeyd edək ki, Milli Məclisdə təklif olunan qanun layihəsinə görə elektron informasiya sistemi işəgötürənlərin Əmək Məcəlləsinə və bu qanunun müvafiq maddəsinə uyğun olaraq həmin sistemə daxil etdikləri məlumatlar əsasında hər bir işəgötürən üzrə ştat vahidlərinə dair cədvəl yaradacaq.