“İş-güclərini qoyub gəlib bizə qarşı çıxış edirdilər”

is-guclerini-qoyub-gelib-bize-qarsi-cixis-edirdiler
Oxunma sayı: 2243

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov AŞPA-da Azərbaycanla bağlı gedən müzakirələrə və qəbul edilən qətnamələrə toxunub.

“Qafqazinfo” xəbər verir ki,  bununla bağlı parlamentin iclasında çıxış edən S. Seyidov qeyd edib ki, bu sessiya başqa sessiyalardan fərqli olaraq bizim üçün asan keçmədi: “Bu, təkcə Azərbaycanla bağlı qərəzli sənədin hazırlanması ilə bağlı deyildi. Qeyd edim ki, sessiyanın bir neçə günü Azərbayacana həsr edilmişdi. Komitələrdə, siyasi partiyalarada bizim ölkəmizlə bağlı müzakirələr aparılıb. Bunun hardan gəldiyi bizim üçün tam aydındır. Avropa Şurasının özündə gedən proseslər ona dəlalət  edir ki, onlar bu gün hansısa ölkəni hədəf tapıb onun üzərindən öz problemləırini həll etmək istəyirlər. Monotiorinq qrupunda 10-ya yaxın ölkə var idi. Onları bir kənara qoyub Azərbaycanı hədəf seçdilər. 
Çox təəssüflər olsun ki, Azərbaycana nifrət edən deputatlar iş-güclərini qoyub gəlib Azərbaycana qarşı çıxış edirdilər.

Avropa Şurası bizim üçün həddindən artıq bir böyük məkandır. Biz burada sözümüzü beynəlxalq arenaya çatdıra bilirik. Hesab edirəm ki, bu məkandan Azərbaycanı məhrum etmək istəyirlər. Bir sıra qruplar artıq Azərbaycanı sevməyənlərin təsirinə düşüb, qətnaməyə səs veriblər. Ukraynadan təkcə Poroşenkonun partiyasından başqa digər partiyalar Azərbaycanın əleyhinə səs verib. Əgər görsək ki, deputatlardan əlavə Avropa Şurasının özündə  Azərbaycanla bağlı mənfi proseslər gedir, o zaman biz ciddi qərar qəbul etməliyik”.

Spiker Oqtay Əsədov da Ukrayna ilə bağlı məsələ ilə razılaşdığını qeyd edərək bildirib: “Poroşenkonun partiyasının bəzi üzvləri hətta bitərəf qaldılar. Biz bilirik ki, bu nə deməkdir və bu haqda fikirləşməliyik”.

***

Deputat Fazil Mustafa da Azərbaycanın Avropa Şurasından çıxmasını təklif edən bəzi deputatların çıxışına münasibət bildirib:

"“Bizim mülki məsələlərlə bağlı məhkəmə qərarlarının icrasında problem var. Biz xırda məsələləri özümüz həll etməliyik. Bunlara Avropa Şurası neyləsin?“

O qeyd edib ki, biz bu  cür çıxışlar zamanı diqqətli olmalıyıq. Avropa Şurası bizi üzvlükdən çıxartsa o zaman fakt qarşısında qalıb çıxışlar edə bilərik. Mənə bu yaxınlarda bir vətəndaş müraciət etmişdi. Dəhşətlidir. Təsəvvür edin ki, Ali Məhkəmə vətəndaşın mülkiyyət hüququnu tanıyaraq  mənzilin boşaladılması barədə qərar çıxarıb. Sonra  iş icraya yönəldilib. 2 saylı İnzibati İqtisad Məhkəməsi Ali Məhkəmənin əleyhinə qərar çıxarıb və qərarın icrasını dayandırıb. Buna Avropa Şurası neynəsin?  Biz özümüz belə xırda məsələlərin nail ola bilmirik”.

Günel Türksoy

Günel Türksoy