İş qurmaq adı ilə dələduzluq edən AMEA əməkdaşına - 8 il cəza

İş qurmaq adı ilə dələduzluq edən AMEA əməkdaşına
Oxunma sayı: 36

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən AMEA əməkdaşı Aliyə Cahangirovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Tamella Nəsrullayevanın icraatında olan prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə A.Cahangirova 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Aliyə Cahangirova nəşriyyatda iş qurmaq adı ilə Mehbarə Sadıxovadan 70 min, onun bacısı Gülnarə Naibovadan 8500 manat alaraq qaytarmayıb. A.Cahangirova özünü təqsirli bilmədiyini deyib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi