İsa peyğəmbərin arvadı olub - İddia

isa-peygemberin-arvadi-olub-iddia
Oxunma sayı: 897

“Qafqazinfo”nun Lent.az-a istinadən verdiyi məlumata görə, Kinq papirus kağızında bu barədə qeydlərin olduğunu bildirib. Onun sözlərinə görə, papirus üzərindəki həmin qeydlərdə İsa Məsihin “mənim arvadım” ifadəsi yer alıb.

Kinq onu da qeyd edib ki, xristianlığın ilkin dönəmlərindəki bir çox mətni Misirdə yaşayan kopt xristianlar yazıblar. Kinqin təqdim etdiyi sensasiyalı fraqmentin mənşəyi, kim tərəfindən qeydə alındığı barədə isə heç bir açıqlama verilmir.

Lakin tarixçilər papirus əlyazmanın həqiqi olduğuna şübhə etmirlər.