İsa Qəmbər: “Bu qeyri-ciddidir”

isa-qember-bu-qeyri-ciddidir
Oxunma sayı: 650




Bununla bağlı Teleqraf.az saytına açıqlamasında Müsavat Partiyasının başqanı İsa Qəmbər deyib ki, “Trend”in məlumatı qeyri-ciddidir: "Belə qeyri-ciddi məlumatlara münasibət bildirmək istəmirəm".

Partiyanın Məclis sədri Arzu Səmədbəyli də sözügedən məlumatı həqiqətdən uzaq sayır. Teleqraf.az-a açıqlama verən A.Səmədbəylinin sözlərinə görə, bu, doğru olmayan bir informasiyadır: “İsa Qəmbər Müsavat Partiyasının başqanıdır və bu məsələnin qurultayda necə həll olunacağı da bəlli deyil. İsa Qəmbərin təklifi ilə partiyanın nizamnaməsində başqanın iki dəfədən artıq seçilməməsi məsələsi əksini tapıb. Bu bənd də İsa bəyin təkrar seçilməsinə imkan vermir. Amma partiyanın böyük əksəriyyəti onun yenidən sədr seçilməsinin tərəfdarıdır. Qurultaya qədər isə hansı situasiyanın yaranacağı və qurultayın nə vaxt keçiriləcəyi bəlli deyil. Hazırda qurultaya hazırlıq konfranslarımız gedir və yarıdan çox rayon təşkilatlarında bu proses başa çatmayıb”.

Belə bir informasiyanın yayılmasını etik baxımdan doğru saymayan A.Səmədbəylinin sözlərinə görə, başqan seçkisi də hazırda patiyada müzakirə mövzusu deyil. Bu hansısa bir jurnalistin düşüncəsinin məhsuludur. Nizamnaməyə dəyişiklik olarsa və yaxud da olmazsa o zaman başqanlığa iddialısınızmı” sualına gəlincə, A.Səmədbəyli bildirdi ki, əgər böyük əksəriyyət İsa bəyin yenidən seçilməsini istəyirsə qurultayda bu məsələ qaldırıla bilər: “Artıq bu qurultayın qərarından və İsa Qəmbərin münasibətindən asılı olacaq. Başqandan başlamış partiyanın bütün üzvləri nizamnaməyə tabedir və bu məsələ də nizamnamə qaydasıdır. Görünən odur ki, İsa Qəmbər bu bəndin dəyişməməsini istəyir və namizədliyini verməyəcəyini bəyan edib. Başqanlığa namizədlərə gəlincə, bəri başdan bu məsələnin müzakirəsini doğru hesab etmirəm. Buna baxmayaraq partiyada bu posta layiq olan yetərincə adam var. Bu gün isə bu məsələ aktual deyil, İsa bəy də öz yerindədir”.