İsa Qəmbər diplomatla görüşdü

isa-qember-diplomatla-gorusdu
Oxunma sayı: 643

Görüşdə Qarabağ məsələsi, ölkədəki ictimai-siyasi vəziyyət, insan haqlarının pozulması, sərbəst toplaşma azadlığına qoyulan məhdudiyyətlər, Arif Hacılı və digər vicdan məhbuslarının həbsdə olması, ATƏT-in bu məsələlərdə görə biləcəyi işlər, həmçinin Seçki Məcəlləsinə dəyişiklik edilməsi vacibliyi və Azərbaycan-ATƏT münasibətləri haqqında ətraflı fikir mübadiləsi aparılıb. İsa Qəmbər bu məsələlərdə Müsavat Partiyasının və İctimai Palatanın mövqeyini cənab səfirə bildirib. Müzakirələrdə ATƏT-in Bakı ofisinin Demokratikləşmə şöbəsinin rəhbəri cənab Nikolas Deç, ATƏT-in Bakı ofisinin əməkdaşı Elgün Tağıyev və Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı iştirak ediblər. Tərəflər bu cür müzakirələrin səmərəli olduğunu və gələcəkdə də davam etdirilməsinin zəruriliyini qeyd ediblər.

musavat.com