İsa Qəmbər insult keçirib? - Xanımı danışdı

İsa Qəmbər insult keçirib?
Oxunma sayı: 4293

"Musavat" partiyasının keçmiş başqanı İsa Qəmbər hemorragik insult keçirib və onun beyninə qan sızıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə virtualaz.org-a Səhiyyə Nazirliyindəki mənbələrdən bildirilib.

Bakı həkimlərinin müşayiəti ilə İsa Qəmbər Ankara klinikalarından birinə müalicəyə göndərilib.

Xatırladaq ki, bir müddət əvvəl İsa Qəmbərin səhhətində problemlər yaranmış və o, Mərkəzi klinik Xəstəxanaya yerləşdirilmişdi. Onun həkiminin sözlərinə görə, İsa Qəmbər infarkt keçirmişdi. Onun ürəyinə bir neçə stent qoyulmuşdu.

İ.Qəmbər fevralın 23-də yenidən Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi.

***

Aida Qəmbər modern.az-a açıqlamasında xəbərin mətbuatda yazılmasına da aydınlıq gətirib.

“Bilirəm ki, mətbuatın işi xəbər yazmaqdır. Buna etiraz etmirəm. Amma İsa Qəmbərin səhhətində ciddi bir şey yoxdur. Düzdü, müəyyən, kiçik problemlər vardı. O da həll olunub. Hətta Azərbaycan mətbuatının hər bir əməkdaşı Türkiyənin Hacəttəpə Universiteti klinikasının həkimi ilə əlaqə saxlayıb xəbəri dəqiqləşdirə bilər”.

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı isə saytımıza açıqlamasında xəbərə daha sərt münasibət bildirib.

“Kobud ifadəmə görə üzr istəyirəm, amma bu məlumatı yayanlar qələt edir, başlarını divara vururlar! İsa Qəmbər insult keçirməyib və beyninə də qan sızmayıb. Hazırda vəziyyəti stabildir. Bu gün baş-beyin tomoqrafiyasından keçib və heç bir problem aşkar edilməyib. Məlumatı yayan sayt bilərəkdən bunu edir. Isa Qəmbərin Hacətəpə Universitetinin klinikasında müayinələri davam edir”


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi