İsa Qəmbər: “Siyavuş Novruzov yalan danışır”

isa-qember-siyavus-novruzov-yalan-danisir
Oxunma sayı: 639

Müsavat Partiyasının lideri İsa Qəmbər hakim “Yeni Azərbaycan” Partiyasının icraçı katibinin müavini Siyavuş Novruzovun Qəmbərin xarici təşkilatlardan və ayrı-ayrı şəxslərdən alınan maliyyə yardımının əsirinə çevrilməsi haqqında bəyanatına belə şərh verib. “Təbii ki, Novruzov dediklərinin heç birini sübut edə bilməyib, amma cəzasız qaldığı üçün bunu etməkdə davam edir. Amma nə vaxtsa o, buna görə cavab verməli olacaq”, deyən Qəmbər Novruzova buna hazır olmağı məsləhət görüb.