İsa Qəmbərin yerinə kimlər iddialıdır?

isa-qemberin-yerine-kimler-iddialidir
Oxunma sayı: 643

Bu barədə Trend-ə bazar günü partiya başqanının müavini Gülağa Aslanlı bildirib.

Onun sözlərinə görə, partiyanın VIII qurultayının keçiriləcəyi tarix dünən müəyyənləşdirildiyindən namizədlərin seçilməsi üçün bir az vaxt lazımdır.

Müsavat partiyasının Məclisinin yanvarın 7-də keçirilən iclasında VIII qurultayın bu ilin 3-4 mart tarixlərində keçirilməsini qərara alınıb.
Aslanlı bildirib ki, partiyanın rayon təşkilatları qurultaya hazırlıqla bağlı işləri yekunlaşdırıblar.

Partiya başqanının müavini qeyd edib ki, sabahdan başlayaraq VIII qurultayın keçiriləcəyi yerlə bağlı müvafiq strukturlara müraciət olunacaq.

Müsavat başqanı İsa Qəmbər başqanlığa namizədliyini irəli sürməyəcəyini ötən il bəyan etmişdi.