İsaxan Aşurova qəbirüstü abidə qoyuldu - Foto

isaxan-asurova-qebirustu-abide-qoyuldu-foto
Oxunma sayı: 689

Lent.az-ın məlumatına görə, uzun sürən xəstəlikdən sonra İ.Aşurov bu ilin iyun ayında dünyasını dəyişib. O, Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, İ.Aşurov 1955-ci ildə Faxralı kəndində anadan olan İsaxan Aşurov BDU-nun hüquq fakültəsini bitirib. Sovet dövründə və Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi ilk illərdə, daxili işlər orqanlarında məsul vəzifələrdə işləyib. İsaxan Aşurov 1996-cı ildən vəkil kimi çalışırdı.