İşçiləri ilə intim əlaqəyə girən baş nazir müavini istefa verdi

iscileri-ile-intim-elaqeye-giren-bas-nazir-muavini-istefa-verdi
Oxunma sayı: 2111

Öz işçiləri ilə intim əlaqəyə girməsinə dair qalmaqala səbəb olan xəbərlərdən sonra Avstraliya baş nazirinin müavini istefa verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki,  Barnabi Coys bəyan edib ki, nəinki hökumətdən gedəcək, eyni zamanda Milli Partiyanın lideri postundan da istefa verəcək. Bununla yanaşı, Coys parlamentdəki mandatını saxlamaq niyyətindədir. 

Qeyd edək ki, daha əvvəl məlum olub ki, baş nazir müavininin keçmiş işçisi ondan hamilədir. Halbuki məmur özü 24 ildir ki, evlidir və bir neçə uşağı var. 

Qeyd edək ki, Coysun “işdə məhəbbət macərası” ölkədə ciddi rezonans yaratmışdı. Hətta Avstraliya baş naziri qanuna dəyişiklik etmişdi. Dəyişikliyə əsasən, nazirlərə öz işçiləri ilə intim əlaqəyə girmək qadağan edilmişdi.