İşdən çıxarılan bir qrup müəllim geri qaytarıldı - Problem həll olundu

isden-cixarilan-bir-qrup-muellim-geri-qaytarildi
Oxunma sayı: 1293

Bir ay öncə Cəlilabad rayonunun Sərhədabad kənd orta məktəbinin müəllimi Aybəniz Əmirova “Qafqazinfo”ya müraciət edərək kütləvi şəkildə işdən çıxarılmalarından şikayətçi olmuşdu.

A.Əmirova qeyd etmişdi ki, diplomların dövlət nümunəli olmadığı üçün 80-dən çox müəllim işdən çıxarılıb. 

Bu gün A.Əmirova yenidən saytımızla əlaqə saxlayıb və problemin artıq həll edildiyini bildirib:

“Bizim məsələ ictimailəşdikdən sonra ən yüksək səviyyədə reaksiya verildi. Bizə kömək olundu və güzəşt edildi. Dedilər ki, sənədlərimizin qeydiyyata alınmaması bizim günahımız deyil. Sənədlərimizin dövlət nümunəli olmadığı üçün diaqnostik qiymətləndirmə imatahanlarımızın ləğv edilən nəticələri də bərpa edildi. İmtahana buraxılmayanlar isə yenidən imtahan verəcək. Yəni, Azərbaycanda 3 minə yaxın müəllim işə bərpa edildi. Buna görə də ölkə rəhbərliyinə, nazirliyin vəzifəli şəxslərinə və sizə təşəkkür edirəm”.

Sözügedən xəbərlə bu  linkdə http://qafqazinfo.az/news/detail/celilabadda-80-den-cox-muellim-isden-cixarildi-23-illik-staji-olan-da-var-188916 tanış ola bilərsiz.