İşdən çıxarılan Elnur Aslanovun Bakı gəzintisi- - Fotolar

isden-cixarilan-elnur-aslanovun-baki-gezintisi-
Oxunma sayı: 13848


"Qafqazinfo" Virtualaz.org saytına istinadən xəbər verir ki, bunu onun sosial şəbəkələrdəki fəaliyyətindən də görmək olar. Belə ki, sosial media fəallarının müşahidələrinə görə, E.Aslanov fotoreportyor kimi ciddi və gərgin fəaliyyət göstərməyə başlayıb.

Martın 25-də gecə saatlarında Bakının “For Seasons” otelinin restoranında dincələn (varlığa nə darlıq?!) Elnur Aslanov paytaxtın gecə görüntüsünü lentə alaraq həmin fotoları öz İnstagram səhifəsində yerləşdirib.

Daha sonra virtualaz.org saytında qeyd olunur ki, imamın “üzündən nur yağan” fotoqraf sənətkarlığı da onun ictimai (və ya mətbu) sənətkarlığı qədər heyrətamizdir:

"Onun sənətkarlığı toyuq lələyi taxmış Hakimovu da, deputat Ceyhun Osmanlını da, “İrəli”çi Rauf Mərdiyevi də, Aslanovun digət siyasi məsləkdaşlarını da vəcdə gətirmək gücündədir. Amma siyasi səhnədən bloqosferaya aparan yolun elə də asan olmadığını gərək heç kim unutmasın.

E.Aslanov bu fotoşəkilləri gecə saatlarında yayıb. Nə demək olar?! Bizə cənab Aslanova bu təzə peşəsində yalnız uğurlar arzulamaq qalır..."