İşə düzəltmə adı ilə dələduzluq edən şəxs cəzasını aldı

ise-duzeltme-adi-ile-deleduzluq-eden-sexs-cezasini-aldi
Oxunma sayı: 1365

Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşları işə düzəltmək adı ilə aldatmaqda təqsirləndirilən "Azər mühafizə" MMC mühafizə şirkətinin Şirvan bölməsinin sabiq rəisi Namiq Məhərrəmova hökm oxunub.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə məhkəmə kollegiyasının hökmü ilə N.Məhərrəmova şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb. Xatırladaq ki, prokuror N.Məhərrəmovun 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

N. Məhərrəmov istintaqdan yayındığı üçün axtarışa verilib. Daha sonra həbs edilib, işi ayrıca icraata təqdim olunub. İttihama görə, Namiq Məhərrəmov vətəndaşları mühafizə işinə düzəltmək adı altında aldadaraq, onların 180 min 615 manat pulunu dələduzluq yolu ilə mənimsəyib. 

Murad Əhməd