İşə qəbul üzrə imtahanların nəticələri açıqlandı

İşə qəbul üzrə imtahanların nəticələri açıqlandı
Oxunma sayı: 613

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq, uşaq birliyi təşkilatı rəhbəri, laborant və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan edilmiş müsabiqənin test imtahanı mərhələsinin nəticələri açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, nəticələrə əsasən, imtahanda iştirak edən 1 655 namizəddən 555 nəfəri keçid balından yüksək nəticə göstərib.

İmtahan nəticələri barədə məlumatlar artıq namizədlərin şəxsi səhifələrinə göndərilib. Keçid balından yüksək nəticə göstərən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi