İşəqəbulda şəffaflıq təmin edilirmi?

iseqebulda-seffafliq-temin-edilirmi
Oxunma sayı: 656

“Qafqazinfo”nun məlumatına görə, tədbir Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Azərbaycanda Dövlət Qulluğu Sektorunda İslahatların Dəstəklənməsi layihəsinin dəstəyi ilə keçirilir. Tədbirin məqsədi dövlət qulluğuna qəbul sahəsində Azərbaycanın təcrübəsini bölüşmək, dövlət qulluğuna qəbulun peşəkarlıq, şəffaflıq və obyektivlik prinsipləri əsasında həyata keçirilməsini göstərmək, dövlət qulluğunun inkişafı istiqamətində ölkəmizdə aparılan islahatlar barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmaq, bu sahədə mövcud problemləri müzakirə etmək və nəticələr çıxarmaqdan ibarətdir. Tədbir iştirakçıları üçün “Azərbaycanda dövlət qulluğu islahatları – Davamlı İnkişaf üçün Tərəqqi” mövzusunda təqdimat olub.
İki gün davam edəcək tədbirdə Albaniya, Estoniya, Gürcüstan, Hindistan, İrlandiya, Cənubi Koreya, Monteneqro, Litva, Makedoniya, Moldova, Rumıniya, Türkiyə, Ukrayna, Uqandanın dövlət qulluğu və inzibati idarəetmə sahəsində müvafiq qurumlarının, həmçinin GİZ, BMT-nin İnkişaf Proqramının və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

Nərgiz Ehlamqızı