“İşğalçı Ermənistan tükənmək üzrədir”

isgalci-ermenistan-tukenmek-uzredir-
Oxunma sayı: 644

Bu fikri Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması» İctimai Birliyinin sədri Bayram Səfərov deyib.
B.Səfərov bildirib ki, bu bölgədə Azərbaycan qanunları tətbiq olunmalıdır. Onun sözlərinə görə, işğalçıErmənistanın dəstəyi ilə Qarabağda qondarma rejim fəaliyyət göstərir.

«Amma artıq işğalçı dövlət də tükənmək üzrədir. Ermənistanın iqtisadi göstəriciləri yoxdur və bu dövlət ilbə-il tənəzzülə doğru gedir. Ona görə də, artıq separatçı Dağlıq Qarabağ rejiminə də yardım göstərə bilmirlər. Hazırda Dağlıq Qarabağda əhali qalmayıb, insanların əksəriyyəti vəziyyətin ağırlığı səbəbindən köçüb gedib. Qalanlar da dilənçi vəziyyətində yaşayırlar. Burada yaşayan əhali yalnız Azərbaycan qanunları tətbiq olunandan sonra yaxşı yaşaya biləcəklər. Dağlıq Qarabağın sadə erməni əhalisi bu günü gözləyir»- deyə o, qeyd edib.