İşgəncələri ilə məşhur qadın CIA direktoru oldu

isgenceleri-ile-meshur-qadin-cia-direktoru-oldu
Oxunma sayı: 1829

ABŞ prezidenti Donald Trampın Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru vəzifəsinə namizəd göstərdiyi Gina Haspelin təyinatı rəsmiləşib.

“Qafqzinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Senatda keçirilən səsvermədə Haspelin lehinə 54, əleyhinə isə 45 səs verilib.

Beləliklə, CIA tarixində ilk qadın direktorun təyinatı rəsmiləşib.

Qeyd edək ki, təşkilata 1985-ci ildə qoşulan G.Haspel, həbsxanalarda məhbuslara tətbiq etdirdiyi işgəncə üsulları ilə daima gündəmdə olub.