İsgəndər Cavadov millinin oyunundan narazı qalıb

isgender-cavadov-millinin-oyunundan-narazi-qalib
Oxunma sayı: 639

Oyun ilə bağlı “Qafqazinfo”ya açıqlama verən İsgəndər Cavadov yığmanın oyunundan narazı qaldığını bildirib: “Azərbaycan yığması yenə həmişəki oyununu göstərdi. Biz yalnız müdafiədə oynayırıq, hücuma keçmirik. Hücumsuz futbol olmur. Buna görə də millinin oyunundan razı qalmadım. Çox zəif oyun nümayiş etdirdilər”.
Veteran futbolçu hakimin penalti qərarı ilə bağlı da danışıb: “Bu hakimin qərarıdır, razılaşmaq lazımdır. Düzdür, penalti qərarı olmasaydı, biz 1 xal əldə edə bilərdik. Lakin futbolu hakimin qərarına uyğun oynamaq düzgün deyil. Ümumiyyətlə, problem odur ki, biz hücumda oynaya bilmirik. Hakim bu qərarı verməsəydi və biz 1 xal qazansaydıq belə, bu o demək deyildi ki, milli yaxşı oynayıb”.

İ.Cavadov açıqlamasında futbolçulardan da şikayətlənib: “Çalışmaq lazımdır ki, futbolumuzda irəliləyiş olsun. Ancaq bizim futbolçular yalnız 1-ci hissəni qaça bilirlər. Bunun üçün də klublarımızı gücləndirmək lazımdır. Klublar güclü olsa, milli komnadamız da güclənər”.

Sevinc