İŞİD-çilər həbsxanadan qaçdılar

isid-ciler-hebsxanadan-qacdilar
Oxunma sayı: 1505

İŞİD terror qruplaşmasının üzvləri İraqın Kürdüstan bölgəsindəki həbsxanadan qaçıblar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Kürdüstanın təhlükəsizlik xidməti məlumat yayıb. Bildirilir ki, Süleymaniyyə şəhərində yerləşən “Sosa” həbsxanasından 21 məhbus qaçıb, onların böyük əksəriyyəti İŞİD-in üzvüdür. Polis 15 dustağı tutub, digər 6 nəfər axtarılır.

Ciddi şəkildə mühafizə olunan “Sosa” həbsxanasından məhbusların necə qaçdığı barədə təfərrüatlar yoxdur.

Aysel Kərimova