İŞİD-də rus raketləri- - Fotolar

isid-de-rus-raketleri-
Oxunma sayı: 1821


“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, sosial şəbəkəyə düşən şəkillərdə ballistik raketin sovet və ya Rusiya istehsalı R-17 olduğu müəyyən edilib. Raket yük maşınının üzərində olub və buraxılış qurğusu olmadan nümayiş etdirilib. İŞİD-ə yaxın mənbələr raketin maket yox, həqiqi olduğunu vurğulayırlar.

Amerika ekspertləri raketin Suriyada düzəldilə bildiyini də ehtimal edirlər. Çünki İraq öz raketlərini on il qabaq BMT müşahidəçilərinin nəzarəti altında ləğv edib. Buna görə də ABŞ-da düşünürlər ki, raket təhlükəsizdir. 

Ballistik raketlə yanaşı İŞİD hərbçiləri zirehli transportyorlar, “Hummer” hərbi avtomobilləri, toplar və başqa texnika nümayiş etdiriblər.