İŞİD-dən növbəti qətliam - 20 ölü, 30 yaralı

isid-den-novbeti-qetliam
Oxunma sayı: 1228

İŞİD terror təşkilatı Suriyanın Deyr əz-Zor şəhərində terakt törədib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, terrorçular şəhərin hökumət qüvvələrinin nəzarətində olan Əl-Cafra bölgəsində bomba ilə yüklənmiş avtomobili partladıblar.

Terakt zamanı 20 nəfər ölüb, 30 nəfər isə yaralanıb.

Qeyd edək ki, İraq və Suriyada ağır məğlubiyyətlərə uğrayaraq işğal etdiyi torpaqları itirən İŞİD, son zamanlar ardıcıl teraktlar törətməyə başlayıb.