İŞİD döyüşçüsünün cəzası 1 il azaldıldı

İŞİD döyüşçüsünün cəzası 1 il azaldıldı
Oxunma sayı: 379

Ali Məhkəmə "İŞİD"in tərkibində döyüşməkdə təqsirləndirilən Elşən Adilovun kasasiya şikayətinə baxılıb. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Fərhad Kərimovun icraatında olan prosesdə E.Adilovun cəzası 14 ilə endirilib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Adilov 15 il müddətinə azadlıqdan məhrum edilib. 

Bakı Apelyasiya Məhkəməsi onun    şikayətini təmin etməyib. 

İttihama görə, Elşən Adilov 21 sentyabr 2014-cü il tarixdə Türkiyənin Gaziantep şəhəri istiqamətindən şəxsiyyəti istintaqa məlum olmayan “Xalid” adlı şəxsin köməkliyi ilə sərhədi qanunsuz yolla Suriya Ərəb Respublikası ərazisinə keçib. 

O, Suriya Ərəb Respublikası və İraq Respublikası ərazisində ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış, Birləşmiş Millətlər Təşkilatı tərəfindən terror təşkilatı kimi tanınan “İraq-Şam İslam Dövləti” adlı cinayətkar birliyin həmin dövlətin Meyəddin şəhərinin kənarında yerləşən Makar adlı gözləmə məntəqəsinə gəlib.

15 gün orada qalan Elşən Adilov sonra İraq Respublikasının Əl-Kaim şəhərinə gedib. Elşən Adilov orada cinayətkar birliyin dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrə cəlb etmə məqsədi ilə yaratdığı “Seyfulla” dini ləqəbli şəxsin rəhbərlik etdiyi “Tabuk camaatı” adlı sabit silahlı qrupa qoşulub. Elşən Adilov orada terrorçuluqla bağlı təlimlərdə iştirak edib. 

Lakin 2014-cü ilin oktyabr ayının sonlarında “İraq-Şam İslam Dövləti” adlı cinayətkar birliyin tərkibinə daxil olan “Tabuk camaatı” adlı sabit silahlı qrupun yerləşdiyi İraq Respublikasının Əl-Kaim şəhərinə “İraq-Şam İslam Dövləti”-nə qarşı mübarizə aparan Koalisiya qüvvələri tərəfindən növbəti hava hücumu zamanı Elşən Adilov qəlpələrin təsirindən yaranan qida borusunun və traxeyanın (nəfəs borusunun) zədələnib. 

Elşən Adilov 21 yanvar 2015-ci il tarixdə İraq Respublikasında Suriya Ərəb Respublikasının ərazisinə, oradan isə Türkiyə Respublikasının İstanbul şəhərinə gəlib. Yanvarın 22-də təyyarə ilə Rusiya Federasiyasının Kazan şəhərinə gedib, iyunun 11-də Azərbaycan Respublikasına qayıdıb. 

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi