“İŞİD-i məğlub etdik” - Trampdan gözlənilməz açıqlama

isid-i-meglub-etdik
Oxunma sayı: 1497

ABŞ prezidenti Donald Tramp gözlənilməz açıqlama verib.

“Qafqazinfo”nun xarici mediaya istinadən məlumatına görə, Ağ Ev rəhbəri Suriyada İŞİD-i məğlub etdiklərini bildirib. Bu barədə o, Tvitterdə yazıb: “Prezidentliyim dövründə Suriyada qalmağımızın yeganə səbəbi olan İŞİD-i məğlub etdik”.

Qeyd edək ki, Amerika mətbuatı ABŞ ordusunun Suriyadakı 2 min əsgəri tamamilə geri çəkəcəyini də yazıb.