İŞİD-in Azərbaycanla bağlı planına - - YAP-dan reaksiya

isid-in-azerbaycanla-bagli-planina-
Oxunma sayı: 3128


Deputat "Qafqazinfo"ya açıqlamasında qeyd edib ki, təşkilat İraq üçün böyük bir problemdir: “İraq ərazisində fəaliyyət göstərir.  Onun fəaliyyətinin ordan kənara çıxacağına inanmıram. Onun ayrı-ayrı ölkələrlə bağlı yaydığı bəyanat isə pafosdan başqa bir şey deyil. O sadəcə olaraq beynəlxalq ictimaiyyətdə qorxu yaratmağa və öz təsirini digər ərazilərə də yayacağını elan etmək istəyir. istənilən prosesə getmək üçün ona mütləq sosial baza və ictimai dəstək lazımdır. Bu gün İraqdan kənarda həmin təşkilatın ideyalarını dəstəkləyən elə bir qüvvələr yoxdur.  O cümlədən Azərbaycan sivil, yüksək dərəcədə inkişaf etmiş vətənpərvər ölkədir. Azərbaycanda bu mümkün olan məsələ deyil”.

Onun sözlərinə görə, Azərbaycan cəmiyyəti öz inkişafını birmənalı şəkildə müstəqil , müasir dəyərlərə söykənən dövlət quruculuğuna yönəldib.: “Hakimiyyət orqanları da Azərbaycan dövlətçiliyini  qorunub saxlanması və təhlükəsizliyinin təmin edilməsi üçün maksimum tədbirlər görürlər. Bu baxımdan Azərbaycanla bağlı dediklərinin heç bir əhəmiyyəti yoxdur. Azərbaycanda təriqətlərə bölünmə yoxdur.  Vahid İslam dini var. Bu baxımdan hər kəs İslami dəyərlərə öz hörmətini göstərir.  Həmçinin Azərbaycanda tarixən həmişə dinin də, dövlətin də öz rolu olub. Bu baxımdan bu gün İraqda baş verən hadisələr məhz orda baş verməli idi ”.

Günel